Noyabrın 3-də Bakı Avrasiya Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işinə başlayıb.

Tədbirin açılışında çıxış edən universitetin rektoru, professor Nazim Hüseynli konfransın işinə uğurlar arzulayıb.

Sonra İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə bir konfransın təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib.

Akademiklər Muxtar İmanov, Möhsün Nağısoylu konfransın işinə uğurlar arzulayaraq İsmayıl Şıxlı yaradıcılığını Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Daha sonra qonaqlara konfransda iştiraklarına görə təşkilat komitəsi adından universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova öz təşəkkürünü bildirib.

Tədbirə qardaş Türkiyə respublikasından da elm və bilim adamları qatılıblar.

Konfrans iki gün davam edəcək.

Reklam